“Yesterday” tamaşaçıları uşaqlıq illərinə qaytardı

“Yesterday” tamaşaçıları uşaqlıq illərinə qaytardı

Filmin nümayişindən öncə qonaqlar üçün konsert roqramı təşkil olunub

 

Dünən “Park Cinema Metropark”da “Yesterday” filminin press-nümayişi baş tutub.

 

AYNA xəbər verir ki, filmin nümayişindən öncə qonaqlar üçün konsert proqramı təşkil olunub. Qonaqlar Orxan Musayev və “Medirian” qrupunun ifasında “Bitlz” nəğmələri altında əylənmək, rəqs etmək imkanı qazanıblar.

 

Tədbirin təşkilatçısı Rüstəm Fətəliyev bildirib ki, “Park Cinema” üçün premyeradan qabaq canlı konsertin keçirilməsi ilk haldır: “Başqa cür ola da bilməzdi, çünki filmin özü Londonlu sadə küçə müğənnisindən bəhs edir. O, yoldan ötüb keçənlər üçün oxuyaraq pul qazanır. Amma bir saatın içində Liverpul “dördlüyü”nün məşhur hitlərini oxumaqla məşhurlaşır. Məlum olur ki, ondan savayı dünyada heç kim belə “Bitlz”i xatırlamır. Buna görə də “Yesterday”, “Let İt Be”, “All My Loving”, “Long Tall Sally” və “Hey Jude” mahnıları ona dünya şöhrəti gətirir”.

Film tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Xüsusilə yaşlı nəsilin ürəyincə olub.

 

Əgər valideynlərinizə film hədiyyə etmək istəyirsinizsə, onları uşaqlıq (yeniyetmə, gənclik) illərinə səyahətə aparmağı düşünürsünüzsə, ən düzgün seçim  “Yesterday”dir. Film 19 sentyabrdan etibarən film “Park Cinema” Kinoteatrlar Şəbəkəsində nümayiş olunacaq.

Amma bununla belə, “Park Cinema” nümayişlərini təkcə “bitl”lərlə məhdudlaşmağa hazırlaşmır. Oktyabr həm şəbəkə, həm də onun tamaşaçıları üçün çox məzmunlu olacaq. Belə ki, oktyabrın 1-də rejissor Kamran Ağabalayevin “Ağacdələn” filminin təqdimatı keçiriləcək. Oktyabrın 2-dən 10-a qədər isə Avropa Filmləri Festivalı, oktyabrın 3-də isə yeni “Coker” filminin xüsusi nümayişi baş tutacaq.

Park Cinema adlı şəxsin şəkli.

Müəllif: Ayna.az      18 Sentyabr 2019 21:03
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin