Bakının məşhur əyləncə məkanında partlayış baş verib, xəsarət alanlar var

Bakının məşhur əyləncə məkanında partlayış baş verib, xəsarət alanlar var

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub

 

Paytaxtın tanınmış əyləncə məkanlarından birində təhlükəli hadisə baş verib. AYNA bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir.

 

FHN-in 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Yanğın hadisəsi baş verməyib. Xəsarət alan 8 nəfərə (3-ü uşaq) ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev APA-ya deyib ki, əyləncə mərkəzində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Hadisə nəticəsində 6 nəfər yüngül bədən xəsarətləri alıb, onlardan 2-si uşaqdır. Faktla bağlı araşdırma aparılır.

 

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, hadisə nəticəsində, ümumilikdə 10 nəfər xəsarət alıb. Hadisə zamanə 3 yaşlı qadın və 54 yaşlı kişi (ər-arvad) hər iki ətrafın yanığı, 21 yaşlı oğlan isə sağ əlin yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Daha 7 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Müəllif: Ayna.az      23 İyun 2019 00:02
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar