Bərdədə şiddətli külək fəsadlar törədib

Bərdədə şiddətli külək fəsadlar törədib

Yaxın saatlarda əhalinin enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq

 

Axşam saatlarında Bərdə rayonunda əsməyə başlayan güclü külək elektrik təsərrüfatına ziyan vurub.

 

AYNA "Report"a istinadən verir ki, hazırda Bərdə şəhəri də daxil olmaqla, rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisi nəqlində fasilələr yaranıb.

 

"Azərişıq" ASC-nin Bərdə rayon Elektrik Şəbəkəsindən bildiriblər ki, enerji təminatında yaranan fasilələr güclü külək nəticəsində naqillərdə baş verən problemlə əlaqədardır. Artıq təmir işləri aparılır. Yaxın saatlarda əhalinin enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq.

 

Müəllif: Ayna.az      18 Sentyabr 2019 00:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin