Ruslarla koreyalılar arasında atışma olub, yaralılar var

Ruslarla koreyalılar arasında atışma olub, yaralılar var

Rusiya Federal Təhlükəsizlik Xidməti dərhal əks-hücuma keçib və gəmini ələ keçirib

 

Yapon dənizində Şimali Koreyaya məxsus bir gəmi Rusiya Sahil Mühafizə Xidmətinə hücum edib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Agentliyin məlumatına görə, qarşıdurma nəticəsində odlu silahlardan atəş açılıb və 3 rus sərhədçisi yaralanıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dərhal əks-hücuma keçib və gəmini ələ keçirib. Gəmidəki 21 nəfərlik heyət üzvü də saxlanılıb.

 

FTX-nin verdiyi açıqlamaya görə, hadisə Rusiyaya məxsus sularda qanunsuz balıq ovu etməyə cəhd edən gəmidən atəş açılması nəticəsində baş verib.

Müəllif: Ayna.az      17 Sentyabr 2019 20:06
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin