Səhiyyə Nazirliyi yaralılar barədə məlumat yayıb

Səhiyyə Nazirliyi yaralılar barədə məlumat yayıb

Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb

 

Qaxda ağır yol nəqliyyat hadisəsi baş verib. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, 3 nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

 

Onlardan 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə cərrahiyyə şöbəsinə yerləşdirilib.

 

Hazırda yaralıların müalicəsi davam edir.

Müəllif: Ayna.az      17 Sentyabr 2019 16:57
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin