Robert Köçəryanın barəsində hökm verildi

Robert Köçəryanın barəsində hökm verildi

Məhkəmə qərarı ilə razılaşmayan keçmiş Prezident Apellyasiya Məhkəməsinə şikayət edə bilər

 

Yerevanın İctimai Hüquq Məhkəməsi Ermənistanın sabiq Prezidenti Robert Köçəryanın həbsdə qalması ilə bağlı qərar qəbul edib. AYNA armenpress-ə istinadən xəbər verir ki, məhkəmə sədri Anna Danibekyan Köçəryanın vəkilləri Aram Orbelyan və Aram Vardevanyanın sabiq Prezidentin dərhal azad edilməsi və onun haqqında qərarın dəyişdirilməsi ilə bağlı şikayətini rədd edib.

 

Məlumatda qeyd olunur ki, məhkəmə qərarı ilə razılaşmayan keçmiş Prezident Apellyasiya Məhkəməsinə şikayət edə bilər.

 

Qeyd edək ki, Köçəryan 2008-ci il martın 1-də baş tutan aksiyaların dağıdılması işi üzrə ittiham edilir. Həmçinin onun 3 milyon ABŞ dolları məbləğində rüşvət götürməsi ittihamı da var.

 

R.Köçəryan 2018-ci ildə iki dəfə həbs olunub. Bu il iyunun 25-də isə onun barəsində üçüncü dəfə həbs qərarı çıxarılıb.

Müəllif: Ayna.az      17 Sentyabr 2019 15:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin