Xameneyi: “ABŞ tövbə etməsə, heç bir görüş olmayacaq”

Xameneyi: “ABŞ tövbə etməsə, heç bir görüş olmayacaq”

“Tramp ABŞ müxalifətinə və Avropa ölkələrinə İranla mübarizədə tək yolun sanksiya olduğunu sübut etməyə çalışır”

 

İranın Ali dini lideri Ayətullah Xameneyi ABŞ-la İran arasında baş verən gərginliyə münasibət bildirib. AYNA xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

 

Tehranda yerləşən hökumət evində çıxış edən Xameneyinin sözlərinə görə, ölkədə Prezidentdən sadə vətəndaşa qədər bütün insanlar ABŞ ilə danışıqların mümkünsüz olduğunu düşünürlər: “Tramp ABŞ müxalifətinə və Avropa ölkələrinə İranla mübarizədə tək yolun sanksiya olduğunu sübut etməyə çalışır. İran rəsmilərinin Tramp Adminstrasiyasının nümayəndələri ilə eyni müzakirə masasına oturması Tehranın Vaşinqtona tabe olması anlamına gələcəksə, bu görüş heç vaxt baş tutmayacaq”.

 

“Lakin ABŞ sözünü geri götürüb tövbə etsə və pozduğu nüvə sazişinə qayıtsa, o zaman digər ölkələrlə birlikdə müzakirələrə qatıla bilər. Əks təqdirdə Nyu-Yorkda və ya başqa yerdə İran ilə ABŞ arasında heç bir görüş baş tutmayacaq”, - deyə Xameneyi əlavə edib.

Müəllif: Ayna.az      17 Sentyabr 2019 15:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin