ABŞ-İsrail tandeminin İranı bitirmək planı və Azərbaycandan qalxan dronlar - FİNİŞƏ DOĞRU

ABŞ-İsrail tandeminin İranı bitirmək planı və Azərbaycandan qalxan dronlar -   FİNİŞƏ DOĞRU

Netanyahunun “bu dəfə təsir etmək qabiliyyətimiz daha çox olacaq”, - açıqlaması mühüm planlardan xəbər verirdi

 

2017-ci ilin iyul ayında Ağ Evdə İran məsələsi ilə bağlı gərginlik yaşanırdı. Prezident Tramp sələfi Barak Obamanın Tehranla danışıqlar apardığı nüvə sazişindən imtina etmək üçün vədlər vermişdi. Lakin Vaşinqton administrasiyasının görkəmli nümayəndələri Trampı müqavilədən imtina etdirmək əvəzinə, daha güclü razılaşma əldə etməyə məcbur etdilər.

 

Buna baxmayaraq, əks qüvvələr öz işində idi. Bundan sonra Trampın məsləhətçisi Stiven Bannon, təhlükəsizlik üzrə müşavir Con Boltona müraciət edərək İranla razılaşmanı ləğv etməsini, yeni strategiya hazırlamasını tapşırdı. Corc Buş administrasiyasında belə, ən nüfuzlu milli təhlükəsizlik müşaviri olan Bolton İraqdakı rejimin dəyişməsində ən böyük memarlardan biri idi. O, hələ 2015-ci ildə İran rejimi ilə danışqlar aparmaq əvəzinə, rejimi devirməyə çağırmışdı.

Boltonun Bannonun tələbi ilə hazırladığı bu sənəd, Ağ Ev administrasiyasının İranla bağlı sövdələşmədən imtina etməsini əsaslandıran bir strategiya idi. Çünki ABŞ sazişdən çıxdıqdan 2 gün sonra proseslər başlamalı idi. Lakin Boltonun fikirləri heç kimə sirr deyildi: “İsrail İranı bombalamalı idi”.

 

Tramp İranla bağlanan sövdələşmədən 2018-ci ilin mayında çıxdı. Bolton isə vəzifədən uzaqlaşandan sonra Tramp böhranla üzləşməyə başladı. ABŞ-ın İranla bağladığı nüvə sazişindən çıxmasının ən təəccüblü tərəfi isə İranın müqavilənin şərtlərinə əməl etməyəcəyini bildirməsi oldu.

 

Tramp və onun müşavirləri bu hadisəni İran xəyanətinin sübutu kimi qələmə verdilər. Lakin bu da başqa bir böhrana səbəb oldu. ABŞ mənbələrinə görə, Tramp sazişdən çıxmazdan bir il əvvəl rəsmi Tehran İran körfəzində, İraqda və Yaxın Şərqdə ABŞ-a hücum təşkil etmək üçün diplomatik planlar qurmağa başladı.

 

Buna cavab olaraq Tramp Stokholmda təşkil olunan bir iclasda “bundan sonra nə edəcəyimizə kimsə proqnoz verə bilməz”, - dedi. Öz növbəsində İranın Xarici İşlər naziri Cavad Zərif Trampa cavab verdi: “Bu qeyri-müəyyən proqnozlar xaoslara səbəb olacaq”. Bundan dərhal sonra Tramp hədəfini İran iqtisadiyyatına yönəltdi və sanksiyalar tətbiq etməyə başladı.

 

Bütün bu işlərdə isə Trampa yalnız Netanyahu deyil, İran körfəzindəki ərəb dövlətlərinin də köməyi oldu. Çünki ərəb dövlətlərinin İsrail ilə bir araya gəlməsi və İsrailin İrana qarşı sünnilərin dəstəyini alması, dünyanın ən böyük şiə ölkəsinə qarşı növbəti strategiyanın qurulması demək idi.