Bakı sakini keçmiş arvadını və polisləri yandırmaq istəyib

Bakı sakini keçmiş arvadını və polisləri yandırmaq istəyib

Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb

 

Sentyabrın 15-də Bakıda Rasim Əhmədli adlı vətəndaş, keçmiş arvadı Aynurə Məmmədzadənin yaşadığı evə gedib və özü ilə gətirdiyi plastik qabda olan ağ neft məhlulunu sonuncunun üzərinə tökərək yandırmağa cəhd edib. AYNA bu barədə Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, hadisə yerinə polis əməkdaşları gəlib və R.Əhmədlini sakitləşdirməyə cəhd ediblər. Bu zaman o, polis əməkdaşlarının üzərinə alışdırıcı məhlul tökərək onları da yandırmaq istəyib. Lakin cəhdinin qarşısı alınıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

 

R.Əhmədli şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      17 Sentyabr 2019 12:13
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin