“Molla rejimi belə riskə gedə bilməz, işin arxasında başqa qüvvə var”

“Molla rejimi belə riskə gedə bilməz, işin arxasında başqa qüvvə var”

Zaur Məmmədov: “Tehranın özbaşına Səudiyyə neft yataqlarını süzgəcdən keçirməsi inandırıcı görünmür”

 

Dünya Səudiyyə Ərəbistanındakı hadisələrdən danışır. Necə oldu ki, hansı istiqamətdən atılması məlum olmayan raketlər Ərəbistan səmasını süzgəc etdi?

 

Hər halda, indiki kosmik erada nəyin haradan atılmasını bilməmək versiyasına mən inanmaq istəməzdim. Bu raket zərbələri və Səudiyyənin neft yataqlarına hücumun arxasında ilk baxışdan İran dayansa da, Tehranın özbaşına Səudiyyə neft yataqlarını süzgəcdən keçirməsi inandırıcı görünmür. İran molla rejimi bu riskə gedə bilməzdi.

 

Yeri gəlmişkən, KİV-də yayılan məlumatlara görə, terrordan əvvəl Moskva birjalarında neftin qiymətinin artmasına milyonlarla vəsait qoyublar. Artım isə göz qabağındadır.

 

Deməli, məsələlər yavaş-yavaş aydınlaşır. Üçünçü şəxslər tərəfindən əldə edilən raketlər və onların usta dəqiqliyi ilə atdıqları zərbələr. Təbii ki, Səudiyyənin daxilində xarici kəşfiyyata işləyənlərin yardımı sayəsində.

Müəllif: Ayna.az      17 Sentyabr 2019 12:37
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin