Xəzər rayonunda təhlükəli hadisə baş verib

Xəzər rayonunda təhlükəli hadisə baş verib

Baş verənlərə görə 350 abonentin qaz təminatı dayandırılıb

 

Bu gün səhər saatlarında Xəzər rayonu, “Binə sovxozu” deyilən yaşayış massivində qəza baş verib. “Azəriqaz” İstehsalat Birliyindən AYNA-ya verilən məlumata görə, “Kamaz” markalı yük avtomobili 108 mm diametrində olan qaz xəttini yararsız hala salıb.

Kəmər dayaqlardan qopardılaraq yerə salınıb. Hazırda baş verənlərə görə 350 abonentin qaz təminatı dayandırılıb.

Müəllif: Ayna.az      17 Sentyabr 2019 11:32
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin