Neftdən nə qazanıb, hara xərcləyirik – MÜQAYİSƏ

Neftdən nə qazanıb, hara xərcləyirik –         MÜQAYİSƏ

Azərbaycan resurs gəlirlərini büdcəyə ən çox cəlb edən ölkələrdəndir

 

Bu günlərdə Maliyyə Nazirliyi 2020-ci il üçün büdcə layihəsinin bir sıra göstəricilərini açıqlayıb. Onlar arasından ən çox diqqət çəkən 2 göstəricini müqayisəli şəkildə təqdim edirəm.

 

Məlumatınız üçün onu da bildirmək istərdim ki, bu ölkələr arasında resurs gəlirlərini büdcəyə ən çox cəlb edən Azərbaycandır. Belə ki, Maliyyə Nazirliyinin hesablamalarına görə, 2020-ci il üçün dövlət büdcə gəlirlərinin 43 faizi qeyri-neft sektorunun, 57 faizi neft sektorunun payına düşəcək. Baxmayaraq ki, İqtisadiyyat Nazirliyinin hazırladığı orta müddətli dövrdə (2020-2023-cü illərdə) ÜDM-in tərkibində qeyri-neft sektoru 65,8 faiz, neft sektoru isə 34,2 faiz proqnozlaşdırılıb.

Qazaxıstanda dövlət büdcəsinə transfertlərin həcmi cari dövrün məzənnəsi ilə 8 mlrd. ABŞ dolları həcmində müəyyənləşdirilib. Qaydalara görə, transfertin məbləği iqtisadiyyatın durumundan asılı olaraq 15% artırılıb-azaldıla bilər.

 

Qazaxıstan parlamentinə ölkədə iqtisadi artım olanda transfertin məbləğini 8 mlrd. dollardan 15 faizə qədər azaltmaq, iqtisadi tənəzzül olanda isə həmin məbləğə 15 faiz əlavə etmək hüququ verilib. Odur ki, Qazaxıstanda iqtisadi artım olduğunu nəzərə alanda büdcə gəlirlərində milli fonddan birbaşa trasfertlərin payı 25 faiz ətrafındadır. Lakin, 2020-ci ilin büdcəsi üçün nəzərdə tutulan transfertin payı 48 faiz təşkil edəcək.

Müəllif: Qubad İbadoğlu, iqtisadçı-alim      17 Sentyabr 2019 11:54
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin