"Gürcüstanda turistlərin təhlükəsizliyinə heç bir təhdid yoxdur, amma bir şərtlə"

"Gürcüstanda turistlərin təhlükəsizliyinə heç bir təhdid yoxdur, amma bir şərtlə"

Gürcüstan turistlərin təhlükəsizliyi ilə bağlı bəyanat verib

 

"Rusiya vətəndaşları Gürcüstana tam rahat gələ bilərlər, ölkədə hətta anti-Rusiya aksiyaları fonunda onlar üçün təhlükə yoxdur".

 

AYNA İnterfaks-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Turizm Departamenti bəyanat yayıb. Bildirilir ki, dünyanın müxtəlif yerlərindən gələn turistlər ölkənin görməli yerlərini ziyarət edə bilərlər.

 

"Lakin Tbilisinin mərkəzi hissəsində diqqətli olmaq və insanların kütləvi yığışdığı yerlərdən uzaq olmaq tövsiyə olunur" - deyə qeyd olunan bəyanatda ölkədəki etiraz aksiyalarının ictimai nəqliyyatın işinə təsir göstərmədiyi də vurğulanıb.

 

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Buna etiraz olaraq Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdb. 52 nəfər saxlanılıb

Müəllif: Ayna.az      22 İyun 2019 19:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar