Bakı Atatürk Liseyində ikiqat bayram sevinci yaşanıb

Bakı Atatürk Liseyində ikiqat bayram sevinci yaşanıb

K.Yazqan: "Bakı Atatürk Liseyi bundan sonra da Azərbaycana və Türk dünyasına şərəflə xidmət edəcək"

 

Bu gün Bakı Atatürk Liseyində ikiqat bayram həyəcanı yaşanıb. AYNA xəbər verir ki, həm liseydə “Bilik günü” qeyd olunub, həm də liseyin yeni söbəsinin açılış mərasimi baş tutub.

 

Bakı Atatürk Liseyinin rəhbərliyi və müəllim kollektivi əvvəlcə Nərimanov rayonu ərazisində yerləşən yeni şöbənin açılışını ediblər. Liseyin müdiri Eylem Gültekin və Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan çıxış edib.

 

K.Yazqan bildirib ki, Türk Dünyası Araşdırmaları Vəqfinin və Bakı Atatürk liseyinin qurucusu Turan Yazqanın “gözbəbəyim” dediyi Atatürk Liseyi əmin adımlarla böyüməyə davam edir: “Bakı Atatürk Liseyi tam 27 ildir Turan Yazqanın göstərdiyi hədəflər istiqamətində Türk dünyasının gələcəyi olan şagirdləri yetişdirir və yetişdirməkdə də davam edəcək. Məhz bu məqsədlə, həmçinin öz övladalarını liseyimizdə oxutdurmaq istəyən azərbaycanlı ailələrin hər il daha da artdığını nəzərə alaraq daha bir şöbəmizi açmağa qərar verdik. Bu il bizimlə bərabər olacaq şagirdlərimizə yeni dərs ilində uğurlar arzu edirəm”.

Türk Dünyası Bakü Atatürk Lisesi adlı şəxsin şəkli.

E.Gültəkin isə qeyd edib ki, bu il doqquz siniflə fəaliyyətə başlayan yeni şöbə gələcəkdə daha da böyüyəcək, siniflərin sayı artacaq.

 

Məktəb rəhbərliyi yeni şöbənin açılışını bildirən qırmızı lent kəsildikdən sonra isə bu ildən Bakı Atatürk liseyi ilə yollarını davam edəcək şagirdlərə uğurlar arzulayıblar.

Türk Dünyası Bakü Atatürk Lisesi adlı şəxsin şəkli.

Daha sonra isə Bakı Atatürk Liseyinin birinci şöbəsində 2019-2020-ci dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayan bu tədbirdə də liseyin müdiri və Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı çıxış edib.

Türk Dünyası Bakü Atatürk Lisesi adlı şəxsin şəkli.

Liseyin müdiri Eylem Gültekin müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Həmçinin Bakı Atatürk Liseyinin gənc nəslin təlim-tərbiyəsində, bilik və bacarıqlara yiyələnməsində, vətənə, xalqa məhəbbətin aşılanmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Türk Dünyası Bakü Atatürk Lisesi adlı şəxsin şəkli.

Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan isə Bakı Atatürk Liseyin bundan sonra da Azərbaycana və Türk dünyasına şərəflə xidmət edəcəyini bildirib. Qeyd edib ki, Bakı Atatürk Liseyi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir və bundan sonra da gəlməyə, milli düşüncəli, ölkəsinə, xalqına, Türk dünyasına yararlı gəncləri yetişdirməyə davam edəcək.

Türk Dünyası Bakü Atatürk Lisesi adlı şəxsin şəkli.

Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi ötən müddət ərzində təhsil sahəsində əldə etdiyi nailiyyətlərlə yadda qalıb. Fəaliyyət göstərdiyi 27 il ərzində gənc nəslin təlim-tərbiyəsində, bilik və bacarıqlara yiyələnməsində, vətənə, xalqa, Türk dünyasına məhəbbətin aşılanmasında müstəsna rol oynayıb. Hər il olduğu kimi, bu il də liseyin məzunları Azərbaycanın, Türkiyənin və digər ölkələrin ali məktəblərinə keçirilən qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər.

Müəllif: Ayna.az      16 Sentyabr 2019 22:07
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin