Ordumuz hərəkətə keçdi: 10 min əsgər, 100 tank, 20 təyyarə - VİDEO

Ordumuz hərəkətə keçdi: 10 min əsgər, 100 tank, 20 təyyarə -     VİDEO

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 20-dək davam edəcək təlimlərə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Müəllif: Ayna.az      16 Sentyabr 2019 14:22
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin