Əlcəzairdə prezident seçkilərinin vaxtı açıqlandı

Əlcəzairdə prezident seçkilərinin vaxtı açıqlandı

Əlcəzairdə prezident seçkiləri dekabrın 12-də keçiriləcək

AYNA APA-ya istinadən xəbər verir ki, bunu ölkənin müvəqqəti prezidenti Abdulkader Bensalah deyib.

“Konstitusiya səlahiyyətləri çərçivəsində prezident seçkilərinin vaxtının 12 dekabr 2019-cu il tarixinə təyin edilməsi qərara alındı”, - deyə prezident televiziya ilə xalqa müraciətində bildirib.

Bundan əvvəl Əlcəzair ordusunun Baş Qərargah rəisi Əhməd Qaid Saleh sentyabrın 15-dək ölkədə seçki orqanı yaradılmasının və dekabrın ortalarına qədər seçkilərin keçirilməsinin lehinə danışmışdı. Bazar günü isə Əlcəzairin keçmiş ədliyyə naziri Məhəmməd Şarfi seçki komissiyasının rəhbəri seçilib.

Müəllif: Ayna.az      16 Sentyabr 2019 04:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin