"Müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib"

"Müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib"

1992-ci ildən 2019-cu ilə qədər test yolu ilə ali təhsil müəssisələrimizə 827903 nəfər qəbul olub

 

Təhsil eksperti Kamran Əsədov 1992-2019-cu illər ərzində ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edən və tələbə adını qazananların sayı ilə bağlı statistika hazırlayıb.

 

AYNA xəbər verir ki, 17 il ərzindəki göstəricilər aşağıdakı kimidir:

 

"1992 - ci ildə  40316 abituriyent sənəd vermişdi, onlardan 16961 nəfəri qəbul olub.

1993 - ci ildə  50629 abituriyent sənəd vermişdi, onlardan 12992 nəfəri qəbul olub.

1994 - ci ildə  54437 abituriyent sənəd vermişdi, onlardan  15807nəfəri qəbul olub.

1995 - ci ildə  50131 abituriyent sənəd vermişdi, onlardan 19018 nəfəri qəbul olub.

1996  - ci ildə  47585 abituriyent sənəd vermişdi, onlardan  22118 nəfəri qəbul olub.

1997  - ci ildə  49080 abituriyent sənəd vermişdi, onlardan  24975 nəfəri qəbul olub.

1998  - ci ildə  57303 abituriyent sənəd vermişdi, onlardan  27586 nəfəri qəbul olub.

1999  - ci ildə  65979 abituriyent sənəd vermişdi, onlardan  26311 nəfəri qəbul olub.

2000  - ci ildə 77701 abituriyent sənəd vermişdi, onlardan 28251 nəfəri qəbul olub.

2001 - ci ildə  81950 abituriyent sənəd vermişdi, onlardan  29306  nəfəri qəbul olub.

2002  - ci ildə 51069 abituriyent sənəd vermişdi, onlardan  27577 nəfəri qəbul olub.

2003 - ci ildə 70077 abituriyent sənəd vermişdi, onlardan 27462 nəfəri qəbul olub.

2004 - ci ildə 90451 abituriyent sənəd vermişdi, onlardan 28475  nəfəri qəbul olub.

2005 - ci ildə  99000 abituriyent sənəd vermişdi, onlardan  28785  nəfəri qəbul olub.

2006 - ci ildə 104264 abituriyent sənəd vermişdi, onlardan  25629  nəfəri qəbul olub.

2007 - ci ildə 103367 abituriyent sənəd vermişdi, onlardan 26729 nəfəri qəbul olub.

2008 - ci ildə 116520  abituriyent sənəd vermişdi, onlardan 28132  nəfəri qəbul olub.

2009 - ci ildə  112875 abituriyent sənəd vermişdi, onlardan 29030 nəfəri qəbul olub.

2010 - ci ildə  112509 abituriyent sənəd vermişdi, onlardan 30510 nəfəri qəbul olub.

2011 - ci ildə 107484 abituriyent sənəd vermişdi, onlardan 31419 nəfəri qəbul olub.

2012 - ci ildə  100621 abituriyent sənəd vermişdi, onlardan 34098 nəfəri qəbul olub.

2013 - ci ildə  100683 abituriyent sənəd vermişdi, onlardan 36537 nəfəri qəbul olub.

2014 - ci ildə 97362 abituriyent sənəd vermişdi, onlardan  37841 nəfəri qəbul olub.

2015 - ci ildə 93116 abituriyent sənəd vermişdi, onlardan  38914 nəfəri qəbul olub.

2016 - ci ildə 89444  abituriyent sənəd vermişdi, onlardan  41945 nəfəri qəbul olub.

2017 - ci ildə  82228 abituriyent sənəd vermişdi, onlardan   42856 nəfəri qəbul olub.

2018 - ci ildə  82724 abituriyent sənəd vermişdi, onlardan  45159 nəfəri qəbul olub.

2019-cu ildə 84105 abituriyent sənəd vermişdi, onlardan 43480 nəfəri qəbul olub".

 

K.Əsədov bildirib ki, müstəqillik dövründə 1992-ci ildən 2019-cu ilə qədər test yolu ilə ali təhsil müəssisələrimizə 827903 nəfər qəbul olub: "Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2018-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub".

 

Ekspertin sözlərinə görə, ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir: "Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılmışdı. Nəticədə müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərmiş, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşmüşdü".

Müəllif: Ayna.az      16 Sentyabr 2019 09:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin