S-400-lərin Türkiyəyə göndərilməsinin ikinci mərhələsi başa çatıb

S-400-lərin Türkiyəyə göndərilməsinin ikinci mərhələsi başa çatıb

Rusiya Müdafiə Nazirliyi S-400-lərin Türkiyəyə göndərilməsinin ikinci mərhələsinin başa çatdığını bildirib

Rusiya "S-400" zenit raket komplekslərininin Türkiyəyə göndərilməsininin ikinci mərhələsini başa çatdırıb

AYNA APA-ya istinadən xəbər verir ki, sentyabrın 15-də RF Müdafiə Nazirliyinin hərbi nəqliyyat aviasiyasına məxsus təyyarələr müqavilə öhdəliklərinin həyata keçirilməsi çərçivəsində komplekslərin Türkiyəyə çatdırılmasının ikinci mərhələsini başa vurublar.

Nazirlikdən o da bildirilib ki, "S-400" zenit raket komplekslərinin komponentlərinin Türkiyəyə çatdırılması Türkiyə tərəfi ilə bağlanmış müqavilənin şərtlərinə və tərəflərin müddətlə bağlı razılığına uygun həyata keçirilib.

Müəllif: Ayna.az      15 Sentyabr 2019 20:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin