İsmayıllıda ayı kişini öz həyətində parçaladı

İsmayıllıda ayı kişini öz həyətində parçaladı

Yerli sakin göz, üz, əl və kürək nahiyəsindən xəsarət alıb

İsmayıllı rayonunda yerli sakin ayının hücumuna məruz qalıb.

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə 1950-ci il təvəllüdlü Xanagah kənd sakini Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu yığarkən baş verib.

Qəflətən ayının hücumuna məruz qalan yerli sakin göz, üz, əl və kürək nahiyəsindən xəsarət alıb. İ.Rəsulov təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb.

Hadisə zamanı İ.Rəsulovun ailə üzvləri səs-küy salaraq onu ayının pəncəsindən xilas edə biliblər. Yırtıcı qaçaraq həyəti tərk edib.

Müəllif: Ayna.az      15 Sentyabr 2019 15:05
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin