Kişi gününüz mübarək, özünü bu günə layiq bilənlər!

Kişi gününüz mübarək, özünü bu günə layiq bilənlər!

Heç olmasa, bu gün “pul” qazanmayın. Ad qazanın!

 

Bu gün Azərbaycan tarixinə qələbə tamı dadızdırmış Bakının işğaldan azad olunduğu şərəfli bir gündür.

 

50 minlik düşmən ordusunu öz qətiyyəti ilə bircə həmləylə heç edən Nuru paşamıza və Qafqaz İslam ordusunun hər bir qazisinə və şəhidinə biz bir Azərbaycan borcluyuq.

 

Beşinci kalon, kölə ruhlu işğalçı törəmələri və “savadlı cahillər” bu gün də möhtəşəm qələbəmizi ruhumuz dirçəlməsin deyə min bir yerə yozurlar.

 

Bakının azad olunması bizim üçün Çanaqqala zəfəridir. Müstəqil dövlətimizin coğrafiyasının təsdiqidir. Neftimizə, daşımıza sahib çıxmağımızdır. Biz bunu anlasaq və həmin əzmi bir daha dadsaq, əminəm ki, Şuşanı da azad edə biləcəyik.

 

Nuru paşa Qafqaz İslam ordusuna komandan təyin ediləndə general rütbəsinə belə yaşı çatmırdı. Dediyim odur ki, məsələ zahiri keyfiyyətlərdə deyil, məsələ inam və mərdlikdədir.

 

Rusiyanın imperialist qoşunları, alman, ingilis, fahişə erməni tör-töküntüləri o zaman da vardı və Bakını işğal etmişdilər. O zaman biz qanımız bahasına torpaqlarımızı geri ala bildik. Və azad olunmuş Baklda dövlət qurduq.

 

Bu gün düz 101 ildir ki, Qafqaz İslam ordusunun qanı bahasına yenidən Bakıya sahibik. Nuru Paşa və igid babalarımız daha yoxdur.

 

Tanrı bizə hər gün tarix yaratmağa şans verir. Şuşa hər gün bizi tarix etməyə hazırdır... Biz sağıq... Və işğal altında torpaqlarımız qalıb. Tarix ancaq qalibləri xatırlayır.

 

Kişi gününüz mübarək, özünü bu günə layiq bilənlər. Heç olmasa, bu gün “pul” qazanmayın. Ad qazanın!

 

Orxan Fikrətoğlu

Müəllif: Ayna.az      15 Sentyabr 2019 14:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin