AKP-dən daha 2 nəfər istefa verdi

AKP-dən daha 2 nəfər istefa verdi

Ünal və Gökçe e-dövlət üzərindən istefa veriblər

 

Keçmiş Baş Nazir Əhməd Davudoğludan sonra daha iki millət vəkili AKP-dən istefa verib.

 

AYNA-nın Türkiyə KİV-nə istinadən məlumatına görə, bunlar Konyadan olan deputat Ömər Ünal və Ağrıdan olan keçmiş millət vəkili Cesim Gökçedir. Ünal və Gökçe e-dövlət üzərindən istefa veriblər. 

 

Xatırladaq ki, dünən Feramüz Üstün, Müftir Cengiz də AKP-dən istefa etdiklərini sosial şəbəkə vasitəsilə bildirmişdilər. Bu istefalardan sonra Davudoğlunun yeni partiya qurmaq üçün işlərini sürətləndirdiyi və 2 ay ərzində yeni partiya quracağı iddia edilir.

 

Müəllif: Ayna.az      15 Sentyabr 2019 10:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin