Sabaha hava proqnozu

Sabaha hava proqnozu

Hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir

 

Bakıda və Abşeron yarımadasında iyunun 23-də hava şəraiti günəşli olacaq. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

 

Havanın temperaturu  gecə 20-25° isti, gündüz  31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz  33-35°  isti təşkil edəcək. Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-65 %, gündüz 30-35% olacaq. 

 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) - Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) - Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti təşkil edəcək.

Müəllif: Ayna.az      22 İyun 2019 14:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar