Tanınmış həkim Sami Yusufun layihəsini tənqid etdi: “Xalturadı"

Tanınmış həkim Sami Yusufun layihəsini tənqid etdi:     “Xalturadı"

"Mən orada ancaq yuxarı notlardan başlayaraq bəm səslərdə mayə ilə bitən 4 xanəlik bir fraza dinlədim"

 

"Son həftə sosial şəbəkələrdə Sami Yusufun İmaməddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə bəstələdiyi musiqi parçası haqqında rəyləri oxuyuram. Bəyənən çox olub. Belə baxanda, bəli, xor, xalq çalğı alətləri istifadə edilərək muğam ifa edilib. Mən əsəri heç bəyənmədim".

 

AYNA xəbər verir ki, bunu tanınmış həkim Vasif İsmayılov bildirib.

 

V.İsmayılov layihəni bəyənməməsinin səbəblərini də açıqlayıb: "Bizim bu Şimalda akademik musiqi mədəniyyəti kifayət qədər inkişaf edib və dünya səviyyəsinə çıxarılacaq dərəcədə gözəl nümunələri də çoxdur. Bizim qulağımız bu cür akademik musiqiyə öyrəşib. Başa düşürəm, xoşunuza gəlib. Axı həqiqətən də qulağa xoş səslənir. Biz niyə bəyənmədik, görəsən? Çünki bu “xaltura”dır. Yekə bir xaltura. Bizim camaat Rəmişi də xoşlayır, amma Rəmiş natamam tonlarla gitar və musiqini ağladan sənətkardır - bu fənd peşəkarlar arasında yaxşı hərəkət kimi qəbul edilmir".

Картинки по запросу vasif ismayılov uroloq

"Bir kərə, melodiya yoxdur. Yəni mən orada ancaq yuxarı notlardan başlayaraq bəm səslərdə mayə ilə bitən 4 xanəlik bir fraza dinlədim - vəssalam. Bunu bəzən kənddə çobanlar da zümzümə edə bilərlər. Yaxşı, insan çox sadə, hətta kasıb melodiyanı da möhtəşəm əsərə çevirə bilər. Məsələn, Yanni - ən sadə melodiyanı aranjemanla parlaq, təzadlı hisslər yaradan əsərə çevirə bilir. Amma burada heç bir aranjeman yoxdur. Polifoniyanın heç bir metodundan istifadə edilməyib. Hardasa əlliyə yaxın alətdə ifa edilir, amma heç bir aləti eşidə bilmirsən. Bağışlayın, kələpurun belə bir teksturası var. Sami Yusufda sadə kartof püresi alınıb. İçinə bir az zirinc atıblar - o da ki, zirinci rəndələyəndən sonra", - deyə həkim qeyd edib.

 

V.İsmayılovun fikrincə, əslində, niyə belə alındığının səbəbi aşkardır: "Sami Yusuf İran musiqisi yaradıb. İranda da belədir - xalq çalğı alətləri orkestri yoxdur. Bizdə isə var. Bizdə var, amma Sami Yusufun bundan xəbəri yoxdur".

Müəllif: Ayna.az      13 Sentyabr 2019 11:30
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin