Kürdə boğulan şəxslərdən birinin meyiti çıxarılıb

Kürdə boğulan şəxslərdən birinin meyiti çıxarılıb

Meyit dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

 

Dünən Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində iki nəfər batıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

 

Batan şəxslərdən birinin - 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər şəxsin axtarışları davam etdirilir.

Müəllif: Ayna.az      22 İyun 2019 11:38
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar