Metrodan istifadə edənlərə şad xəbər

Metrodan istifadə edənlərə şad xəbər

"Şah İsmayıl Xətai" stansiyası təmirdən sonra istifadəyə verilib

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Şah İsmayıl Xətai" stansiyası təmirdən sonra istifadəyə verilib. Bu barədə AYNA-ya QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

Bildirib ki, stansiya artıq sərnişinlərin istifadəsinədir: “Stansiyada bir neçə yenilik var ki, onlardan biri ilk dəfə tətbiq olunan dəmir beton bloklardır. Belə ki, "Bakı Metropoliteni"ndə ilk dəfə olaraq stansiyaya gedən yolda dəmir beton bloklardan istifadə olunub”.

 

Xatırladaq ki, "Şah İsmayıl Xətai" stansiyası ötən il sentyabrın 27-də təmirə bağlanıb. Təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülərək əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülüb, vestibülün əsaslı təmiri aparılıb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      12 Sentyabr 2019 12:02
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar