Bəzi abonentlərin qazı kəsildi

Bəzi abonentlərin qazı kəsildi

Bu gün saat 10:00-dan təmir işlərinə start verilib

 

Bakının Binəqədi rayonunda avtomobil qəzası qaz xəttinin zədələnməsinə səbəb olub. Bu barədə AYNA-ya "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

 

Bildirilib ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası baş verib. Bu zaman, diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.

 

Baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib. Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.

Müəllif: Ayna.az      12 Sentyabr 2019 10:57
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar