Putin Netanyahu ilə Soçidə görüşəcək

Putin Netanyahu ilə Soçidə görüşəcək

 

Putin və Netanyahu ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

 

Bu gün Rusiyanın Soçi şəhərində İsrailin Baş naziri Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, liderlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyət də müzakirə olunacaq.

 

Netanyahu cari ildə artıq üçüncü dəfədir ki, Rusiyaya səfərə gəlir. Bundan əvvəl o, fevral və aprel aylarında Moskvaya səfər etmişdi.

 

Bundan başqa İsrailin Baş naziri Rusiyanın Müdafiə naziri Serqey Şoyqu ilə də görüşməyi planlaşdırır. Rusiyaya səfəri zamanı Netanyahunu, ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat və İsrail Müdafiə Qüvvələri Baş Qərargahının rəisi Aviv Kohavi də müşayiət edəcəklər.

Müəllif: Ayna.az      12 Sentyabr 2019 05:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar