"Təhsil səviyyəsi ilə iqtisadi fəallıq arasında birbaşa əlaqə var" - Rövşən Ağayev

"Təhsil səviyyəsi ilə iqtisadi fəallıq arasında birbaşa əlaqə var" -     Rövşən Ağayev

 

ECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) özünün təhsillə bağlı ənənəvi illik icmalını (Education at a Glance 2019) yayımlayıb

 

İqtisadçı-ekspert Rövşən Ağayev sənəddə diqqət çəkən bəzi göstəricilər barədə "Facebook" səhifəsində yazıb.

 

AYNA xəbər verir ki, o, təşkilata üzv ölkələrin gənclərinin orta hesabla 35%-nin universitet təhsili aldığını, gənclərin 80%-dən çoxunun ən azı tam orta təhsillə əhatə olunduğunu bildirib. Ekspertin sözlərinə görə, universitet təhsili alan gənclərin cəmi 10%-i iqtisadi fəal həyatdan kənardadır (yəni nə işləyir, nə ixtisasartırma və təlimlərdədir, nə də təhsillərini davam etdirilər). Bu göstərici natamam orta təhsil alanlar arasında 40%-dən çox, tam orta və peşə təhsili alanlar arasənda 17% təşkil edir.

 

R.Ağayev bu göstəriciləri nəzərə alaraq, təhsil səviyyəsi ilə iqtisadi fəallıq arasında birbaşa əlaqə olduğunu söyləyib.

 

İqtisadçı sonda onu maraqlandıran bir sual da qoyub: "Statkom və Təhsil Nazirliyi ikisi birləşsə, Azərbaycan üzrə belə real və obyektiv bir statistika açıqlaya bilərlərmi cəmiyyətə?" - o soruşub.

Müəllif: Ayna.az      12 Sentyabr 2019 01:39
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar