Paytaxt sakinlərinə xəbərdarlıq

Paytaxt sakinlərinə xəbərdarlıq

Bakıxanov küçəsindəki iki zolaqda hərəkətə müvəqqəti olaraq məhdudlaşdırılıb

 

Aparılan təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində hərəkət məhdudlaşdırılıb. Bakı Nəqlyyat Agentliyindən (BNA) AYNA-ya verilən məlumata görə, A.Bakıxanov-Mirəli Qaşqay küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranıb.

 

Bakıxanov küçəsindəki iki zolaqda hərəkətə müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu küçədən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq dayandırılıb. Bakı Nəqliyyat Agentliyi həmin istiqamətdə hərəkət edərkən mövcud vəziyyəti nəzərə almanızı xahiş edir.

Müəllif: Ayna.az      22 İyun 2019 11:07
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar