Paytaxtın 4 rayonunda hərəkət məhdudlaşdırılıb

Paytaxtın 4 rayonunda hərəkət məhdudlaşdırılıb

Sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarına əməl etmələri xahiş olunur

 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Aşıq Molla Cümə, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Natavan, Nəsimi rayonu, Əliyar Əliyev və Nizami rayonu İsmayıl Məmmədov küçələrində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılacaq.

 

Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib. Bu səbəbdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Müəllif: Ayna.az      11 Sentyabr 2019 11:31
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar