Ölkənin 6 rayonunda 9 nəfərin həyatı xilas edilib

Ölkənin 6 rayonunda 9 nəfərin həyatı xilas edilib

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 “qaynar xətt”inə Bakı şəhərinin Sabunçu, Nərimanov, Xətai və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.

 

Nazirliyin “qaynar xətt”inə Bakı şəhərinin Yasamal rayonunda 3 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə də məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

 

Bundan başqa, “qaynar xətt”ə daxil olan məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşa müvafiq köməklik göstərib.

Müəllif: Ayna.az      11 Sentyabr 2019 10:40
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar