Həbib UFC reytinqində ikinci oldu

Həbib UFC reytinqində ikinci oldu

 

Reytinq siyahısında birinci yeri amerikalı Con Cons tutmaqda davam edir

 

Mütləq döyüş çempionatının (UFC) qalibi, rusiyalı yüngül çəkili idmançı Həbib Nurməhəmmədov təşkilatın reytinq siyahısında ikinci yerdə qərarlaşıb. 

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, Əbu-Dabidə yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov ilə təşkilatın müvəqqəti çempionu Dastin Porye arasında təkbətək döyüş rusiyalı idmançının vaxtından əvvəl qələbəsi ilə başa çatıb. Üçüncü raundda Rusiya idmançısı amerikalının müqavimətini qırıb və boğucu fəndlər tətbiq etməklə qələbə qazanıb.

 

Reytinq siyahısında birinci yeri amerikalı Con Cons tutmaqda davam edir. Siyahıda üçüncü yerdə amerikalı Henri Sexudo qərarlaşıb.

 

Nurməhəmmədov karyerasında 28 döyüş keçirib.

Müəllif: Ayna.az      11 Sentyabr 2019 06:42
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar