Amerikalı repçi canlı yayımda öldürüldü

Amerikalı repçi canlı yayımda öldürüldü

 

Repçi polislər tərəfindən 5 dəfə açılan atəşlə öldürülüb

 

Amerikalı repçi Brian J.Quinones ABŞ-ın Minnepolis şəhərində polis tərəfindən öldürülüb. AYNA Oxu.Az-a istinadən xəbər verir ki, ona qırmızı işıqdan keçdiyi üçün yol polisi tərəfindən "dur" xəbərdarlığı edilib.

 

Polisin "saxla" əmrinə tabe olmayan repçi bir müddət onlardan qaçıb.

 

Maraqlıdır ki, Brian bu zaman "Facebook" profilində canlı yayımda olub. Ancaq polislə qaçdı-tutdunun sonu heç də xoş bitməyib.

 

Belə ki, maşından bıçaqla enən Brian polisə hücum çəkib. "Bıçağı kənara qoy" xəbərdarlığına əhəmiyyət verməyən repçi polislər tərəfindən 5 dəfə açılan atəşlə öldürülüb.

 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      11 Sentyabr 2019 01:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar