Bulvarda dənizə düşən şəxs xilas edilib

Bulvarda dənizə düşən şəxs xilas edilib

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​

Müəllif: Ayna.az      10 Sentyabr 2019 17:37
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar