Məşədi Dadaş məscidində Aşura mərasimindən görüntülər

Məşədi Dadaş məscidində Aşura mərasimindən görüntülər

Məscid və ziyarətgahların ətrafına əlavə polis naryadları cəlb olunub

 

Bu gün Bakıda Aşura mərasimləri keçirilib. Mərasimlərlə əlaqədar Bakıda polis gücləndirilmiş rejimdə işləyib.

 

Qurumdan verilən məlumata görə, Bakının bütün məscid və ziyarətgahlarının ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunub. Habelə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcəyi açıqlanıb.

 

AYNA Məşədi Dadaş məscidində təşkil olunmuş Aşura mərasimindən görüntülər təqdim edir:

Müəllif: Ayna.az      10 Sentyabr 2019 17:03
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar