Saat 12-dən etibarən qaz kəsiləcək

Saat 12-dən etibarən qaz kəsiləcək

Bəzi yaşayış məntəqələrində qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq

 

Sentyabrın 10-u səhər saat 12:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə, Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

 

Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, gün ərzində “Zabrat-2”, Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.

Müəllif: Ayna.az      10 Sentyabr 2019 10:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar