Tramp "Taliban"la sülh danışıqlarının "öldüyünü" deyib

Tramp "Taliban"la sülh danışıqlarının "öldüyünü" deyib


 

"Əfqanıstanda "Taliban" nümayəndələri ilə sülh yol nizamlanmasına dair danışıqlar "ölüb"

 

Bunu ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Şimali Karolina ştatına uçuş öncəsi Ağ Evin Cənub çəmənliyində jurnalistlərə açıqlamasında deyib.

 

AYNA xəbər verir ki, "Məncə, onlar (danışıqlar - red.) öldü", - deyə "Reuers" Trampın sözlərini sitat gətirib.

 

Prezident həmçinin qeyd edib ki, sentyabrın 8-də Kamp Deviddə "Taliban" liderləri və Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşün ləğv olunması barədə qərarı o qəbul edib.

Müəllif: Ayna.az      10 Sentyabr 2019 02:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar