İstanbullular kimi başa gətirəcəklər - NƏTİCƏLƏR AÇIQLANDI

İstanbullular kimi başa gətirəcəklər -           NƏTİCƏLƏR AÇIQLANDI

Rəy sorğusuna əsasən CHP-nin namizədi öz rəqiblərini qabaqlayıb

 

İyunun 23-də İstanbul Bələdiyyəsinə keçiriləcək seçkilərdə iştirak edən namizədlərlə bağlı sorğu keçirib. AYNA xəbər verir ki, “İstanbul Ekonomi" Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, CHP-nin namizədi Əkrəm İmamoğlu öz rəqiblərini qabaqlayıb.

 

1500 vətəndaşın iştirak etdiyi sorğuda Əkrəm İmamoğlu 52,11%, Binəli Yıldırım 47%, Necdət Gökpınar isə 0.84% səs toplayıb. Sorğuda namizədlərdən heç birinə səs verməyən vətəndaşların sayı nəzərə alınmayıb.

 

Qeyd edək ki, martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkiləri zamanı müxalif Cümhuriyyət Xalq Partiyasından namizəd olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

 

İmamoğlu bələdiyyə sədri elan olunsa da, sonradan hakim AK Partiyanın tələbi üzərinə Yüksək Seçki Qurumu (YSK) nəticələri ləğv edərək, iyunun 23-ə təkrar seçki təyin edib.

Müəllif: Ayna.az      22 İyun 2019 00:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar