Türkiyə və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə ediblər

Türkiyə və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə ediblər

Suriyadakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 nömrəli qətnamə çərçivəsində həll olunması prosesinin gedişatı müzakirə olunub

 

Türkiyə və Rusiyanın xarici işlər nazirləri - Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub. AYNA "Report"a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Suriyadakı vəziyyət Astana formatı ölkələrinin (Türkiyə, İran, Rusiya) zirvə görüşünə hazırlıq baxımdan müzakirə olunub.

 

Həmçinin Suriyadakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 nömrəli qətnamə, habelə Rusiya ilə Türkiyə prezidentləri arasında avqustun 27-də əldə olunmuş razılaşma çərçivəsində həll olunması prosesinin gedişatı müzakirə olunub. Hər iki tərəf Suriyada Konstitusiya Komitəsinin tezliklə yaradılaraq fəaliyyətə başlaması məramına sadiq olduqlarını təsdiqləyiblər.

Müəllif: Ayna.az      9 Sentyabr 2019 20:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar