Azərbaycanda yeniyetmələrin törətdiyi cinayətlərin sayı açıqlandı

Azərbaycanda yeniyetmələrin törətdiyi cinayətlərin sayı açıqlandı

Yeniyetmələrin daha çox törətdiyi cinayət isə oğurluqdur

 

2018-ci ildə Azərbaycanda 14-17 yaşda uşaqlar tərəfindən və ya onların iştirakı ilə 455 cinayət törədilib. AYNAZ oxu.az-a istinadən xəbər verir ki, bu rəqəm 2017-ci illə müqayisədə azdır.

 

Belə ki, 2017-ci ildə belə cinayətlərin sayı 532 olub.

 

Yeniyetmələrin daha çox törətdiyi cinayət isə oğurluqdur.

 

2017-ci ildə 14-17 yaşlı yeniyetmələr tərəfindən 367 oğurluq halı qeydə alınıb. 2018-ci ildə isə bu rəqəm 292 olub.

Müəllif: Ayna.az      9 Sentyabr 2019 20:05
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar