ABŞ-dan Türkiyə ilə bağlı sanksiya açıqlaması

ABŞ-dan Türkiyə ilə bağlı sanksiya açıqlaması

Maliyyə naziri: “Vaşinqton, Rusiyadan S-400 aldığı üçün Türkiyəyə sanksiya tətbiq etməyə hazırlaşır”

 

Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri növbəti dəfə ABŞ gündəmini zəbt edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Maliyyə naziri Steven Mnuçin məsələ barədə açıqlama yayıb.

 

O bildirib ki, Vaşinqton, Rusiyadan S-400 aldığı üçün Türkiyəyə sanksiya tətbiq etməyə hazırlaşır. Lakin bu barədə hələ dədiq qərar verilməyib.

 

“Türkiyə ilə bağlı hələlik konkret bir qərar yoxdur. Bu məsələ haqqında düşünəcəyik. İndiki məqamda qərarlarımız haqqında dəqiq açıqlama verə bilmərəm”, - nazir vurğulayıb.

 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp, Türkiyənin Rusiyadan S-400 almasında sələfi Barak Obamanı günahlandırmışdı. Lakin buna baxmayaraq, Trampın Türkiyəyə CAATSA (ABŞ-ın Sanksiyalar Yolu ilə Mübarizə Aparma Üsulu) tətbiq etmək istəmədiyi bildirilir.

Müəllif: Ayna.az      9 Sentyabr 2019 19:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar