Fransada “Cəhənnəm istisi” 1435 nəfərin həyatına son qoyub

Fransada “Cəhənnəm istisi” 1435 nəfərin həyatına son qoyub

Cari ilin iyun ayında ölkədə hava temperaturu rekord həddə çatıb

 

Fransada iyun və iyul aylarında istidən zərər çəkənlərin sayı açıqlanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qlobal istiləşmə Fransada 1435 nəfərin həyatına son qoyub.

 

Fransa Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilir ki, cari ilin iyun ayında ölkədə hava temperaturu rekord həddə çatıb. Belə ki, yaşı 75-dən yuxarı olan xeyli sayda insan günvurmadan dünyasını dəyişib.

 

Səhiyyə Nazirliyindən onu da vurğulayıblar ki, iyul ayında paytaxt Parisdə havanın istiliyi 43 dərəcəyə çatıb və həmin ar ərzində 567 nəfər vəfat edib.

 

Qeyd edək ki, yay aylarında hava şəraiti ilə bağlı Parisdə həyəcan siqnalı verilmiş və bir çox tədbirlər, məktəblər, ictimai qurumlar fəaliyyətini dayandırmışdı.

Müəllif: Ayna.az      9 Sentyabr 2019 17:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar