Yük maşını Biləsuvarın bir kəndini qazsız qoydu

Yük maşını Biləsuvarın bir kəndini qazsız qoydu

350 abonentin qaz təminatı dayandırılıb

 

Biləsuvar rayonunun Nərimanabad kəndində “Şaqman” markalı yük avtomobili ilə qaz xətti və 1 sayğacı zədələyiblər. 

 

AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov tərəfindən məlumat daxil olub.

 

Bildirilib ki, qəza ilə əlaqədar olaraq hazırda 350 abonentin qaz təminatı dayandırılıb.

Müəllif: Ayna.az      9 Sentyabr 2019 15:36
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar