İlham Əliyev BMT ilə sazişi təsdiqlədi

İlham Əliyev BMT ilə sazişi təsdiqlədi

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərəcək

 

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu və Mükafatlandırma Mərasimi – 2019”un 2019-cu il iyunun 24–26-da Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanılmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu və Mükafatlandırma Mərasimi – 2019”un 2019-cu il iyunun 24–26-da Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2019-cu il iyunun 14-də və 18-də məktublar mübadiləsi formasında bağlanılmış Saziş təsdiq edilsin.

 

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərsin”.

Müəllif: Ayna.az      21 İyun 2019 17:46
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar