Bu gün çətin sınaqdan keçəcəyik

Bu gün çətin sınaqdan keçəcəyik

Oyun Bakıda “Bakcell Arena"da baş tutacaq

 

Bu gün saat 20:00-da Azərbaycan və Xorvatiya milli komandaları AVRO-2020 çərçivəsində növbəti oyunlarına çıxacaq. AYNA xəbər verir ki, oyun Bakıda “Bakcell Arena"da baş tutacaq.

 

Oyunu isveçrəli hakimlər briqadası idarə edəcək: Sandro Şörer oyunda baş hakim, Stefan de Almeyda, Sladan Yosipoviç, Fedayi San isə yan hakimlər funksiyasını yerinə yetirəcəklər.

 

Sözügedən hakim Şörer, Avropa Liqasında Qarabağ və Linfild oyununu da idarə etmişdi.

 

Qeyd edək ki, E qrupunda qərarlaşan Azərrbaycan 4 oyundan sonra 0 xalla sonuncu, Xorvatiya isə 9 xalla 2-ci pillədə qərarlaşıb.

Müəllif: Ayna.az      9 Sentyabr 2019 12:18
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar