Daxili İşlər Nazirliyi Gəncədə əməliyyat keçirib

Daxili İşlər Nazirliyi Gəncədə əməliyyat keçirib

Faktlarla bağlı araşdırmalar davam etdirilir

 

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri uğurla davam etdirilir. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

 

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Bəxtiyar Şəmsi saxlanılaraq RPİ-yə gətirilib və onun üzərinə baxış keçirilən zaman, əlində olan idman çantasının içərisindən, ümumi çəkisi 2 kiloqram 395 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər BPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitənin saxlanılmasında şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü Rasim Hümbətov saxlanılaraq Nizami RPİ-yə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 2.8 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

 

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az      9 Sentyabr 2019 11:05
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar