Ölkənin birinci və ikinci böyük şəhərlərində xilasetmə əməliyyatı

Ölkənin birinci və ikinci böyük şəhərlərində xilasetmə əməliyyatı

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

 

Bundan başqa, FHN-in “qaynar xətt”inə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmasına dair məlumat daxil. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstəriblər.

Müəllif: Ayna.az      9 Sentyabr 2019 11:42
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar