Sel Goranboy sakinlərini qazsız qoyub

Sel Goranboy sakinlərini qazsız qoyub

790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb

 

Goranboy rayonu Veyisli qəsəbəsinə gedən poletilen qaz xəttinə birləşmə nöqtəsində çay keçidində güclü sel gəlib.

 

AYNA-ya "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, sel səhər saat 6.00 radələrində qaz xəttini 2 hissəyə bölüb.

 

Həmin saatlarda qaz təminatında fasilə yaranıb. Lakin təxirəsalınmaz tədbirlərlə günorta saatlarında 2200 abonentin qaz təminatı bərpa olunub.

 

Hazırda qəza baş verən ərazidə sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb.

Müəllif: Ayna.az      8 Sentyabr 2019 22:39
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar