"Muskomediya"nın tamaşalarında əcnəbi sənətçilər rol alacaqlar

"Muskomediya"nın tamaşalarında əcnəbi sənətçilər rol alacaqlar

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu teatr mövsümünü Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində, dahi bəstəkarın ölməz əsəri – "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası ilə açıq elan edəcək.

 

Teatrın mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, 20 sentyabr saat 19:00-da nümayiş olunacaq bu tamaşada milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə yanaşı, yaratdığı obrazlarla İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz teatrının rəhbəri Babək Nəhreyn də oynayacaq. O, hambal rolunu canlandıracaq.


Festival çərçivəsində sentyabrın 27-də daha bir dünyaşöhrətli sənətçi - Belarus Respublikasının Əməkdar artisti, Belorusiya Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın repertuarında özünəməxsus yeri olan ''Silva'' (İmrə Kalma) tamaşasında oynayacaq, və baş rolu canlandıracaq.


Tamaşalar saat 19:00-da başlayacaq. Biletləri şəhərimizin bütün kino-teatr kassalarında, "ASAN" xidmət mərkəzlərindən və "iticket.az" saytından əldə etmək olar. (Biletlərin qiyməti : 6-10 Azn, yerlərindən asılı olaraq).

Fəridə Aslanova Rüstəmova adlı şəxsin şəkli.

Müəllif: Ayna.az      7 Sentyabr 2019 12:16
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar