Siçanları əvvəlcə sərxoş edəcəklər, sonra öldürəcəklər - İnanılmaz icad

Siçanları əvvəlcə sərxoş edəcəklər, sonra öldürəcəklər  -      İnanılmaz icad

Siçanlarla spirtli mübarizə

 

ABŞ-ın ən böyük şəhəri olan Nyu-Yorkun Bruklin rayonunda siçanlarla mübarizə üçün spirtli maye ehtiva edən tələlərdən istifadə ediləcəyi bildirilib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Bruklin bələdiyyə sədri Erik Adams "Ekomille" adı verilən spirtli maye ehtiva edən siçan tələlərini mətbuata tanıdıb.


Tələni hazırlayan şirkət tərəfindən açıqlanıb ki, tələlər içinə qoyulan yemlərlə gəmiriciləri özünə çəkəcək, sonra vedrə şəklindəki içi spirtlə dolu hissədə həbs edəcək. Tələyə düşən siçanlar əvvəlcə sərxoş olacaq, sonra da şüursuz halda boğulub öləcək.


Qeyd edək ki, Nyu-York bələdiyyəsinin sədri 2017-ci ildə şəhərdəki siçanları 70 faiz azaltmaq üçün 32 milyon dollar büdcə ayırdığını açıqlamışdı. Nyu-York Səhiyyə İdarəsi isə hər il siçovullarla bağlı 10 mindən çox şikayət aldıqlarını bildirmişdi.


Dünyada ən çox ziyarət edilən turist şəhərlərdən biri olan Nyu-Yorkda, xüsusən metrodakı relslərin arasındakı qida və içki tullantılarına gələn siçanların şəhərdəki insanların sayından çox olduğu təxmin edilirdi. Ancaq 2014-cü ildə Kolumbiya Universitetində aparılmış tədqiqat zamanı bir işdə şəhərdə 2 milyona qədər siçan olduğu müəyyən edilmişdi.

Müəllif: Ayna.az      7 Sentyabr 2019 09:19
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar